Məktəb direktoru 600 manatlıq hədiyyəni bəyənmədi: "Mənə dilənçi payı lazım deyil" - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Məktəb direktoru 600 manatlıq hədiyyəni bəyənmədi: “Mənə dilənçi payı lazım deyil”

Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səs yazısı yayılıb.

Oxu.Az xəbər verir ki, səs yazısında direktorun müəllimlərlə mübahisəsi yer alıb.

Bildirilib ki, direktor müəllimlərin ona ad günü ilə bağlı aldıqları 600 manatlıq hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edib.

Direktor müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılacaq.

Xatırladaq ki, 1984-cü il təvəllüdlü Lamiyə İlhamsoy 2022-ci ildən bu vəzifədə çalışır.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?