Tramp Çin mallarına rüsumları ikiqat artırdı - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Tramp Çin mallarına rüsumları ikiqat artırdı

ABŞ Prezidenti Donald Tramp Çin mallarına idxal rüsumlarının 10 faizdən 20 faizə qaldırılması barədə sərəncam imzalayıb.

O, bu qərarını Pekinin ABŞ-də narkotik ticarəti ilə mübarizədə kifayət qədər səy göstərməməsi ilə əsaslandırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat verib.

Sərəncamda fentanil də daxil olmaqla, sintetik opioidlərin axınının qarşısının alınması üçün Çinin qeyri-adekvat səyləri qeyd olunur ki, bu da Tramp Administrasiyasının fikrincə, ölkənin milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına ciddi təhlükə yaradır.

Sərəncam əvvəlki rüsum səviyyəsini (10%) yenisi ilə (20%) əvəz etməklə, əvvəlki sənədə birbaşa dəyişiklik edir.

“Çinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı böhranın yumşaldılması üçün kifayət qədər addımlar atmadığını nəzərə alaraq, 14 195 saylı icra sərəncamının iki (a) bəndinə “10%” sözlərinin silinməsi və yerinə “20%” sözlərinin əlavə edilməsi ilə düzəliş edilir”, – deyə Trampın Çindən gələn mallara tətbiq edilən tariflərlə bağlı sərəncamında bildirilib.

Donald Tramp

Çin

İdxal malları

İdxal-ixrac rüsumları

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?