Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Nəsimi rayonunun yeni icra başçısının DOSYESİ

Posted on 09 Fevral 202609 Fevral 2026 By admin

Prezident İlham Əliyevin Sərəncamı ilə Tahir Yaqub oğlu Budaqov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

xia.az yeni icra başçısının dosyesini təqdim edir:

O, 1965-ci il yanvarın 1-də Naxçıvan Muxtar Respublikasında anadan olub. 1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbi, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.

Tahir Budaqov 1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib.

O, 1999-2006-cı illərdə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.

Üçüncü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən 2021-ci ilədək YAP Siyasi Şurasının üzvü olub. 18 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.

Tahir Budaqov Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP İdarə Heyətinin üzvü seçilib. Həmin gün YAP Sədrinin qərarı ilə YAP Sədrinin Müavini və YAP Mərkəz Aparatının rəhbəri təyin olunub.

31 dekabr 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Notariat hərəkətləri sirrinin saxlanılması qaydaları dəyişdirildi
Next Post: Şəmkirdə məktəblinin bıçaqlanması ilə bağlı TƏFƏRRÜAT
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme