Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Azərbaycan nümayəndə heyətinin delimitasiya ilə bağlı Ermənistana səfəri planlaşdırılır

Posted on 16 Fevral 202616 Fevral 2026 By admin

“Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların növbəti iclası keçiriləcək”.

xia.az xəbər verir ki, bunu Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçirilən ikitərəfli dəyirmi masanın iştirakçısı Narek Minasyan yerli mətbuata bildirib.

“Hər iki tərəf başa düşür ki, məsələ iki ölkə arasında sərhədin delimitasiyası prosesi vasitəsilə həll olunmalıdır. Əvvəlki görüş Azərbaycanda baş tutduğunu nəzərə alsaq, növbəti görüş çox güman ki, Ermənistanda keçiriləcək”, – deyə o bildirib.

Xatırladaq ki, ötən ilin noyabrında Qəbələdə iki ölkənin nümayəndələri arasında sərhədlərin delimitasiya komissiyalarının növbəti iclası keçirilib.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Siyəzən icra başçısından QEYRİ-ADİ QƏRAR: Bir ay əvvəl vəzifə verdiyi şəxsi İŞDƏN ÇIXARDI
Next Post: Nazir Bakı Limanının keçmiş rəhbərinə YÜKSƏK VƏZİFƏ VERDİ
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme