Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi

Daxili xidmət polkovnik-leytenantı Anar Əzizağa oğlu Salahov Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

Xia.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Fotoda: Anar Salahov

A.Salahovun yerinə Rüfət Elbrus oğlu Qorçiyev gətirilib.

Qeyd edək ki, Anar Salahov 2017-ci ildən Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?