Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Sumqayıtda Nəsimi adına Mədəniyyət və İstirahət Parkında genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

Posted on 24 Fevral 202624 Fevral 2026 By admin

xia.az xəbər verir ki, Sumqayıt şəhərində ekoloji mühitin yaxşılaşdırılması istiqamətində növbəti mühüm təşəbbüs həyata keçirilib. Şəhərin əsas istirahət məkanlarından biri olan ərazisində genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub. Aksiya çərçivəsində park ərazisində 400-dən çox ağac əkilib. Əkilən ağaclara aqrotexniki qaydalara uyğun qulluq göstərilib, suvarma və möhkəmləndirmə işləri aparılıb.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, Sumqayıt Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları, parkın kollektivi və könüllülər iştirak ediblər.

Bildirilib ki, həyata keçirilən bu təşəbbüs şəhərin ekoloji mühitinin sağlamlaşdırılmasına xidmət edir. Son illər Sumqayıtda aparılan abadlıq-quruculuq işləri çərçivəsində park və xiyabanların yenidən qurulması, yaşıllıq zolaqlarının salınması, yüz minlərlə ağac və dekorativ kol bitkilərinin əkilməsi davamlı xarakter alıb. Son 10 il ərzində Sumqayıt şəhərində yaşıllıq sahələri iki dəfədən artıq genişləndirilib. Bu göstəricilər ekoloji tarazlığın qorunması istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin real nəticəsidir.

Vurğulanıb ki, yaşıllıq sahələrinin genişləndirilməsi, yeni park və istirahət məkanlarının salınması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!
Next Post: Xətaidə Xocalı soyqırımı ilə bağlı hazırlıq işləri yekunlaşdı – Foto
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme