Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Bakıda təmirə bağlanan klinikanın açılışı olacaq – FOTO

Posted on 26 Fevral 202626 Fevral 2026 By admin

“Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kliniki bazası olan Plastik və Rekonstruktiv Klinikası əsaslı təmir olunub”.

xia.az xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaxın günlərdə klinikanın açılışı nəzərdə tutulur.

Bakıda təmirə bağlanan klinikanın açılışı olacaq - FOTO

Nazir ölkədə plastik əməliyyatlar icra etmək icazəsi olan həkimlər ilə bağlı da məlumat verib:

“Azərbaycanda plastik və estetik əməliyyatları icra etməyə icazəsi olan 45 nəfər həkim var. Onların siyahısı açıq şəkildə dərc olunub. Siyahı ilbəil artmaqda davam edir. Çünki rezidenturanı bitirən və xaricdə təhsil alıb ölkəyə qayıdan həkimlərimiz var. Artıq ölkədə bu sahədə vəziyyət yaxşılaşmaqda davam edir”.

O bildirib ki, plastik estetik və rekonstruktiv cərrahiyə üzrə iki mərkəz yaradılıb:

“Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində xüsusi şöbə yaradılıb. Bura tam kadrlarla təmin edilib və ən müasir avadanlıqlarla təchiz olunub. Digər tərəfdən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kliniki bazası olan Plastik və Rekonstruktiv Klinikası əsaslı təmir olunub. Yaxın günlərdə açılışı nəzərdə tutulur”.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Paytaxtda 68 yaşlı kişi yıxılıb öldü
Next Post: Qonşusunu bıçaqlayan gəncə hökm oxunub
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme