Bakı-Sumqayıt yolunda yük maşını arakəsməyə çırpıldı 

mLEpqSK9B2lnMbEVmS2VfKwS5mv3f5vKbX1fFY5A-1200.jpg

Martın 8-də saat 22:40-da Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

Qeyd olunub ki, 99-DD-640 dövlət qeydiyyat nişanlı MAN markalı yük avtomobilinin sürücüsü Abbas Əlicəfəroğlu İskəndərov idarəetməni itirərək maneəyə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bakı-Sumqayıt yolunun Abşeron Gənclər şəhərciyinin qarşısından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində MAN markalı yük maşını dəmir arakəsməyə çırpılıb.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.