Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Çində ailə itmiş qızılı tapmaq üçün 10 ton zibili ələk-vələk edib

Posted on 14 Mart 202614 Mart 2026 By Admin_

Çində bir ailə səhvən atılmış qızılı tapmaq üçün bir sutka ərzində 10 ton zibili ələk-vələk edib.

Xia.Az xəbər verir ki, bu barədə “Sohu” nəşri məlumat yayıb.

Şanjao şəhərində bir qadın səhvən dəyəri təxminən 218 000 dollar (təxminən 370 600 manat) olan bir kiloqramdan çox qızılı zibilə atıb. Qiymətli metalın sahibi bildirib ki, o, bir müddət əvvəl zinət əşyalarını və qızıl külçələri satmağı planlaşdırdığı üçün bank seyfindən götürüb. Lakin səhər bacısı evdə təmizlik edərkən qızıl olan paketi zibil hesab edərək küçədəki konteynerə atıb.

Ailə qızılın itdiyini bilən kimi polisə müraciət edib. Hüquq-mühafizə orqanları müşahidə kameralarının görüntülərini yoxlayaraq müəyyən ediblər ki, zibil artıq yük maşını tərəfindən götürülərək qonşu şəhərdə yerləşən zibil emalı zavoduna aparılıb.

Həmin gün ailə polis əməkdaşları ilə birlikdə zavoda gedib və boşaldılmağa yollanan bir neçə zibil maşınını saxlayıb. Təxminən 10 ton zibil ələk-vələk edildikdən sonra ümumi çəkisi 1 000 qramdan çox olan qızıl külçələr və zinət əşyaları tapılıb.

Dünya

Yazı naviqasiyası

Previous Post: Xəzər dənizi sahilində quşların kütləvi ölümü
Next Post: ABŞ səfirliyinə PUA hücumu oldu
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme