Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

0b5VOb6a2LOp56jBgdUDSHW5kovKhQ7z0lBFbpzB_1200

Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır.

Xia.az  xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 13-də saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır.

Qeyd edilib ki, fevralın 25-dən 2025-2026-cı tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I-VIII və X sinifləri əhatə edir.

Şagirdlərin yerdəyişməsi sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.