Dünyada iş yerləri ilə bağlı ciddi çatışmazlıq gözlənilir
Dünya yaxın onilliklərdə böyükmiqyaslı iş yerləri çatışmazlığı ilə üzləşə bilər.
Xia.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Dünya Bankının prezidenti Acay Banqa inkişaf etməkdə olan ölkələrdə yaxın 10-15 ildə əmək qabiliyyətli əhalinin sayının 1.2 milyarda çatacağını bildirib.
Mövcud iqtisadi artım tempi saxlanılarsa, sözügedən dövrdə cəmi 400 milyon yeni iş yerinin yaradılması mümkündür. Acay Banqanın sözlərinə görə, bu, təxminən 800 milyon iş yeri çatışmazlığının yaranması deməkdir. Bank rəhbəri vurğulayıb ki, problem vaxtında həll edilməzsə, qeyri-qanuni miqrasiyanın artması və sosial qeyri-sabitlik kimi ciddi fəsadlar doğura bilər.
Qeyd edək ki, 2025-ci ildə dünyanın ən böyük iqtisadiyyatları arasında işsizlik səviyyəsinin 3%-dən aşağı olduğu ölkələr sırasında Meksika, Rusiya və Cənubi Koreya yer alıb.