Qubanın daha bir kəndində torpaq sürüşməsi qeydə alınıb

39Q9edt6iJ6A6aNrEB5C4Y8mnVEDdY1HCav6UsJI_1200

Son günlər aramsız yağan güclü yağışlardan sonra Quba rayonunun Ördüc kəndində torpaq sürüşmələri qeydə alınıb.

Xia.az  APA-ya istinadla xəbər verir ki, rayonun Afurca kəndi ərazisindəki Sərtəng yaşayış məntəqəsində də sürüşmə olub. Sakinlərin sözlərinə görə, ərazidə baş verən torpaq sürüşməsindən sonra onların rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Sakinlər, əsasən, yolun bağlanmasından şikayət edirlər.

Quba rayon fövqəladə hallar komissiyasından bildirilib ki, qeyd olunan yaşayış məntəqəsindəki vəziyyətdən xəbərdardırlar və rayonun digər sürüşmə baş verən ərazilərində olduğu kimi, yaxın vaxtlarda Afurca kəndi ərazisində də müvafiq tədbirlər görüləcək.