ATU-ya yeni mətbuat katibi təyin olunub

eO6tdusO7OE4qut6NmSnVRwUqoVG4MV0RvYE5nyG_1200

Azərbaycan Tibb Universitetində yeni kadr təyinatı həyata keçirilib.

Xia.az  Musavat.com-a istinadən xəbər verir ki, tanınmış jurnalist Həqiqət İsabalayeva universitetin mətbuat katibi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Həqiqət İsabalayeva uzun illər müxtəlif media və dövlət qurumlarında fəaliyyət göstərib. O, bir müddət “Kaspi” gündəlik ictimai-siyasi qəzetində çalışıb. Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində məsul katib, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində redaktor, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutunda isə Maarifləndirmə şöbəsinin müdiri vəzifələrində işləyib.

ATU-ya yeni mətbuat katibi təyin olunub - FOTO

Son təyinatadək Bakı Mühəndislik Universitetində fəaliyyət göstərən Həqiqət İsabalayeva yeni vəzifəsində ictimaiyyətlə əlaqələrin təşkili və universitetin informasiya siyasətinin həyata keçirilməsinə cavabdeh olacaq.