Türkiyədə məktəbdə qətliam törədən şagirdin atası həbs edildi

gwCPeWryIcHtWUhm4QUJgf3TZ8EGBYbql6iInXkR_1200

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə qətliam törədən şagirdin atası məhkəmə qərarı ilə həbs olunub.

Xia.az  “Demirören” agentliyinə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.

Daha əvvəl dəhşətli əməli həyata keçirən məktəblinin atasının saxlanıldığı barədə açıqlama verilmişdi.

“Həbs edilən şəxsin evində və avtomobilində axtarışlar zamanı tapılan rəqəmsal materiallar müsadirə olunub və araşdırılır. Cinayət yeri araşdırmaları başa çatıb və kamera qeydləri də daxil olmaqla bütün sübutlar diqqətlə qiymətləndirilir. İlkin məlumatlara əsasən, hadisənin terror aktı olmasına dair heç bir əlamət yoxdur. Bunun fərdi hücum olduğu düşünülür”, – deyə idarədən bildirilib.

Dəhşətli hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, dünən Kahramanmaraşda 8-ci sinif şagirdi məktəbə silahlı hücum edərək bir müəllimi və səkkiz şagirdi qətlə yetirib.