İlon Maskın şirkəti robot-taksilərin satışına başladı
ABŞ-li sahibkar İlon Maska məxsus “Tesla” şirkəti tərəfindən yaradılan robotlaşdırılmış taksilər – “Cybercab”ın satışına başlanılıb.
Xia.az xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkə hesabında məlumat verilib.
Sözügedən nəqliyyat vasitəsi 2024-cü ilin oktyabrında təqdim edilmişdi. Robot-taksilər tam avtonomdur, sürücü üçün idarəetmə mexanizmləri ilə təchiz olunmayıb.
“Cybercab”ın satış qiyməti 30 min dollardır, xidmətdən istifadə edənlər isə hər mil (1.6 kilometr) üçün təxminən 30-40 sent ödəyəcəklər.