Ali Məhkəmənin tariflərlə bağlı qərarına görə ABŞ 159 milyard dolları geri qaytara bilər
“ABŞ Ali Məhkəməsinin idxal rüsumlarını qanunsuz hesab etməsi səbəbindən ölkə 150 milyard dollardan çox vəsaiti geri qaytarmalı ola bilər”.
Xia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında yazıb.
Onun sözlərinə görə, bu qərar nəticəsində ABŞ uzun illər ölkənin imkanlarından yararlanan insanlara və şirkətlərə təxminən 159 milyard dollar ödəməli olacaq.
Tramp bildirib ki, əgər Ali Məhkəmə ABŞ-nin artıq ödənilmiş vəsaiti geri qaytarmaq öhdəliyinin olmadığını bəyan etsəydi, ölkə bu məbləği saxlayaraq daha zəngin ola bilərdi.
O, həmçinin məhkəmənin niyə “ölkənin xeyrinə” belə addım atmadığını sual edib.
Xatırladaq ki, daha əvvəl idxal tarifləri qanunsuz sayıldıqdan sonra Tramp bu alətdən istifadəni başqa yollarla davam etdirəcəyini bildirmişdi.