70 yaşlı kişi sanatoriyada öldü

6fYUYRd4zxwLTZ2NEracNYNN1aeXlHxTxxkSvoVy_1200

Naftalanda sanatoriyada 70 yaşlı kişinin meyiti aşkarlanıb.

Xia.az  Lent.az-a istinadla xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən “Möcüzəli” sanatoriyasında qeydə alınıb.

Meyiti tapılan şəxsin Yardımlı rayon sakini, 1956-cı il təvəllüdlü Z.Rzaquliyevin olduğu məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

İlkin ehtimala görə, sanatoriyaya istirahətə gələn Ş.Rzaquliyev ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.