Sabirabadda iki kəndi birləşdirən körpü su altında qaldı

K2iDn7BvCCZaBAuVDzlh0Nhv3cUWeotTkMszfkxi_1200

Kür çayında suyun səviyyəsinin yüksəlməsi nəticəsində Sabirabadda Ulacalı və Quruzma kəndlərini birləşdirən ponton körpü su altında qalıb.

Xia.az  xəbər verir ki, bunu “Report”a Sabirabad rayon fövqəladə hallar komissiyasının sədri Həsən Həsənov deyib.

Bildirilib ki, nəticədə kəndlər arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq məhdudlaşıb.

Qeyd olunub ki, çayda suyun artmasına səbəb son günlər intensiv yağış yağmasıdır.