Ağcabədidə 38 yaşlı qadın BALTALANDI: ƏRİ saxlanıldı

ytsjcadhMIYmLDODHZtEDsq5sSO4EnHUGTF0Pi6i_1200

Ağcabədi rayonunda qətl hadisəsi olub.

Xia.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.

Ağdam rayonu Mərzili kənd sakini, 1978-ci il təvəllüdlü Nəzakət Vidadi qızı Səlimovaya balta ilə xəsarət yetirilib. Qadın aldığı xəsarətlərdən ölüb.

Onun əri, Ayaz Amanxan oğlu Səlimov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.