Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

GFurBiaIc7ntLLS4tElAGjs2hLK6ABCugWYgiEsq_1200

Mayın 5-də paytaxtın bəzi yerlərində qaz olmayacaq.

Xia.az  xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

“Suraxanı rayonunda yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə mayın 5-də saat 10:00-dan işlər yekunlaşanadək Hövsan qəsəbəsində bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – məlumatda qeyd edilib.