Azərbaycanda hoteldə yanğın olub
Mingəçevir şəhərində yerləşən hoteldə yanğın baş verib.
Xia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində hotelinin 1-ci mərtəbəsində yerləşən saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən hotelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sauna 35 kvadratmetr sahədə yanıb.
Saunanın qalan hissəsi və hotel binası yanğından mühafizə edilib, xəsarət alan olmayıb.