Səhiyyə Nazirliyi peyvənd almağa 13 milyon manata yaxın pul xərcləyəcək

Z9AeiVyemsf35W29toA0itOATIREXANZuHXzU9RA_1200

Səhiyyə Nazirliyinin tabeliyində “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair “Pnevmokok” (PCV13) vaksini satın alacaq.

Oxu.Az-ın məlumatına görə, mərkəz ümumilikdə 300 min doza peyvənd alacaq.

Mərkəz alınacaq peyvəndlər müqabilində ümumilikdə 12 milyon 879 min 700 manat ödəməyi planlaşdırır.