Hörmüz boğazı 2008-ci il miqyasındakı böhrana səbəb ola bilər

X5e7M0a42YJPjqjzhSc0lm0UfcEdLl6kITtLxxE0_1200

Hörmüz boğazının avqust ayına qədər bağlanması miqyasına görə 2008-ci il böhranı ilə müqayisə edilə bilən iqtisadi tənəzzülə səbəb ola bilər.

Xia.az -ın xəbərinə görə, bu barədə “Bloomberg” agentliyi yazıb.

Agentliyin məlumatına görə, məhdudiyyətlər qüvvədə qalacağı təqdirdə qlobal neft tələbatı gündə (sutkada) milyonlarla barel azala bilər, “Brent” markalı neftin qiyməti isə bu yay barel üçün 130 dollara qədər arta bilər.

“Bloomberg” qeyd edib ki, boğaz daha uzun müddət bağlı qalacağı halda dünya bazarında neft çatışmazlığı artmaqda davam edəcək.

Qeyd edək ki, BMT daha əvvəl Hörmüz boğazında gəmiçiliyə qoyulan məhdudiyyətlərin qlobal ərzaq böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi.