“Bavariya” “Ştutqart”ı darmadağın edərək Almaniya Kubokunu qazandı

sWJmEzarhe0Y0LUtUBQN9HfIzDYNcGKsgcI3O6N1_1200

Almaniya Kubokunun finalında “Bavariya” və “Ştutqart” komandaları qarşılaşıb.

Xia.az  xəbər verir ki, görüşdə Münhen təmsilçisi 3:0 hesabı ilə qələbə qazanıb.

Matç Berlindəki “Olimpiya” stadionunda keçirilib.

Baş hakim qismində Bremenli Sven Yablonski çıxış edib.

55-ci dəqiqədə Harri Keyn hesabı açaraq Münhen klubunu önə keçirib, 80-ci dəqiqədə isə dubla imza atıb. 90+2-ci dəqiqədə Keyn penaltini dəqiq yerinə yetirərək het-trik edib.