usarda polis tərəfindən zərərsizləşdirilən silahlı şəxslə bağlı TƏFƏRRÜAT
Qusarda polisə müqavimət göstərərkən zərərsizləşdirilən şəxsin törətdiyi cinayət məlum olub.
Xia.az -ın əldə etdiyi məlumata görə, R.Rəsulov 16 yaşlı qıza qarşı cinayətdə şübhəli bilinib.
O, buna görə istintaqdan yayındığı üçün barəsində axtarış elan olunub.
R.Rəsulov saxlanılarkən polisə silahlı müqavimət göstərib. Polis əməkdaşlarının səyi nəticəsində o zərərsizləşdirilib.