Milyonlarla barel İran nefti dənizdə qalıb

HfJ134Ib0aAfg0SqnZzPv0RY6Md9L3GHgCsqxRLa_1200

Hazırda açıq dənizdə 58-68 milyon barel arasında İran nefti ola bilər və bu yüklərin 90 faizindən çoxunun dəqiq təyinat yeri yoxdur.

Xia.az  xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz hesablamalarına və “Vortexa” analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, Birləşmiş Ştatlar İran nefti ilə bağlı əməliyyatlara qoyulan sanksiyaları 60 gün müddətinə dayandırdıqdan sonra Tehran aktiv şəkildə alıcılar axtarır. Sözügedən neftin böyük bir hissəsi Fars körfəzi, Hind okeanı və Sinqapur yaxınlığındakı Malakka boğazında yerləşir.

İyunun 22-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Birləşmiş Ştatların İran nefti və neft məhsullarının istehsalı, tədarükü və satışına ümumi lisenziya verdiyini təsdiq edən sənəd dərc edib. İyunun 30-da İslam Respublikası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf bildirib ki, ABŞ tərəfindən dəniz blokadası tam ləğv edildikdən sonra İran rəhbərliyi xaricə 40 milyon bareldən çox neft ixrac edə bilib.