Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.

Onun nəşi anadan olduğu Lənkəran rayonuna aparılıb.

“Uşaq vaxtı özü üçün silah düzəldirdi. Arzusu hərbçi, şəhid olmaq idi. Axır ki, istəyinə çatdı”, – deyə mərhumun əmisi bildirib.

Əsgər Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılıb.