İsmayıllı Rayon Mərkəzi Xəstəxanası və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci arasında imzalanan müqaviləyə əsasən “Tibb bacısı (qardaşı) işi” fakultəsinin tələbələrinin xəstəxanada tibb bacısı ixtisası üzrə təcrübə prosesi davam edir.

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının həkimləri və tibb bacıları uzun illərin təcrübəsinə əsaslanan biliklərini gələcəyin tibb bacılarına aşılamağa çalışır, onlara çətin və məsuliyyətli işin sirrlərini öyrədirlər.