Rüşvət aldığına görə işdən çıxarılan direktorun iddiası təmin olunmadı

Müəllimlərdən dərs saatlarına görə rüşvət alması səbəbindən işdən çıxarılan Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin məhkəmədə qaldırdığı iddia təmin edilməyib.

Xia.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən, sabiq direktorun iddiası təmin edilməyib və onun işə bərpa olunması ilə bağlı tələbi rədd edilib.

“Təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbində aparılmış yoxlamalar nəticəsində sabiq direktor Azər Arif oğlu Qazıyevin fəaliyyəti zamanı dövlət büdcəsi vəsaitlərinin düzgün istifadə edilməməsi və ya təyinatı üzrə xərclənməməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən Azər Arif oğlu Qazıyev 27 fevral 2024-cü il tarixində vəzifəsindən azad olunub. Daha sonra o, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa olunmaq və məcburi iş buraxmaya görə əməkhaqqı tələbi ilə məhkəməyə müraciət edib.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən, sabiq direktorun iddiası təmin edilməyib və onun işə bərpa olunması ilə bağlı tələbi rədd edilib”.

  • Related Posts

    Restoran bağlandı – Müştərilərə köhnə yeməklər verilirmiş

    Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fəaliyyət göstərən, fiziki şəxs Yaşar Vəli oğlu Əliyevə məxsus “Sarı Qaya” ictimai iaşə obyektində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən yoxlama keçirilib. Xia.Az

    Elçin Tağıyev Sahibə Qafarovaya müraciət ünvanlayıb

    İctimai-siyasi fəal Elçin Tağıyev Milli Məclisin sədri xanım Sahibə Qafarovaya müraciət ünvanlayıb.Xia.az müraciəti olduğu kimi təqdim edir.Azərbaycan Respublikası Milli Majlis in sədri hörmətli Sahibə QafarovaGoranboy Rayon Qızılhacılı qəsəbə sakini, Ulu

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Whatsappda yazın
    salam
    Scan the code
    Salam👋!
    Sizə necə kömək edə bilərik?