Restoran bağlandı – Müştərilərə köhnə yeməklər verilirmiş

Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fəaliyyət göstərən, fiziki şəxs Yaşar Vəli oğlu Əliyevə məxsus “Sarı Qaya” ictimai iaşə obyektində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən yoxlama keçirilib.

Xia.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi tələblərinin pozulması halları aşkarlanıb. Belə ki, iaşə obyektində qida məhsullarının saxlanıldığı soyuducularda mal qonşuluğu prinsipinin pozulduğu, məhsulların saxlanma şəraitinə əməl olunmadığı, isti yeməklərin növbəti günlərdə yenidən isidilərək müştərilərə təqdim olunduğu, emal sahəsində temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, işçilərin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən olunub.Həmçinin, baytarlıq sənədi olmayan ət, balıq məhsulları, mənşəyi məlum olmayan qatıq məhsulu, istehsal tarixləri olmayan yarımfabrikatlar və hazır yeməklər aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, obyektin fəaliyyəti məhdudlaşdırılıb.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)

  • Related Posts

    Elçin Tağıyev Sahibə Qafarovaya müraciət ünvanlayıb

    İctimai-siyasi fəal Elçin Tağıyev Milli Məclisin sədri xanım Sahibə Qafarovaya müraciət ünvanlayıb.Xia.az müraciəti olduğu kimi təqdim edir.Azərbaycan Respublikası Milli Majlis in sədri hörmətli Sahibə QafarovaGoranboy Rayon Qızılhacılı qəsəbə sakini, Ulu

    Rüşvət aldığına görə işdən çıxarılan direktorun iddiası təmin olunmadı

    Müəllimlərdən dərs saatlarına görə rüşvət alması səbəbindən işdən çıxarılan Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin məhkəmədə qaldırdığı iddia təmin edilməyib. Xia.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Whatsappda yazın
    salam
    Scan the code
    Salam👋!
    Sizə necə kömək edə bilərik?