Narkoloji Mərkəzin direktoru CƏRİMƏLƏNDİ

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin direktoru Fəzail Əhməd oğlu Sadıqov barəsində cərimə protokolu tərtib edilib.

Xia.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, mərkəz direktoru barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə protokol yazılıb.

192.4-cü maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1 500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Fəzail Sadıqov dövlət qurumunun qərarı ilə razılaşmayaraq məhkəməyə müraciət edib. İşə Sabunçu Rayon Məhkəməsinin hakimi Günel Məmmədovanın sədrliyi ilə baxılacaq.

  • Related Posts

    Restoran bağlandı – Müştərilərə köhnə yeməklər verilirmiş

    Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fəaliyyət göstərən, fiziki şəxs Yaşar Vəli oğlu Əliyevə məxsus “Sarı Qaya” ictimai iaşə obyektində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən yoxlama keçirilib. Xia.Az

    Elçin Tağıyev Sahibə Qafarovaya müraciət ünvanlayıb

    İctimai-siyasi fəal Elçin Tağıyev Milli Məclisin sədri xanım Sahibə Qafarovaya müraciət ünvanlayıb.Xia.az müraciəti olduğu kimi təqdim edir.Azərbaycan Respublikası Milli Majlis in sədri hörmətli Sahibə QafarovaGoranboy Rayon Qızılhacılı qəsəbə sakini, Ulu

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Whatsappda yazın
    salam
    Scan the code
    Salam👋!
    Sizə necə kömək edə bilərik?