Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib.
İdarənin rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib ki, yaz fəslinin gəlişi insanların həyat tərzinə, əhval-ruhiyyəsinə birbaşa təsir göstərir:
"Mütəxəssislərin fikrincə iqlim dəyişmələrinə uyğun olaraq yaz fəslində orqanizmdə təlatümlərin olması bir sıra xəstəliklərin oyanmasına və ya kəskinləşməsinə təkan verir.
Belə hallar, xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda özünü daha aydın göstərir ki, bu da onların ümumi həyat tərzinə təsirsiz ötüşmür. Lakin, təəssüf ki, bəzi hallarda səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir ki, bu da sonda insanların həyat və sağlamlığının itirilməsi ilə nəticələnən hadisələrə gətirib çıxarır, ailə faciələrinə yol açır.
Dərman preparatları qəbul etdiklərini əsas gətirərək özlərinə bəraət qazandırmağa çalışan sürücülər isə unudurlar ki, həmin preparatların tərkibində yuxu və ya halsızlıq gətirən maddələr mövcuddur ki, bu amilin özü də avtomobil idarə etməkdən çəkinmək üçün tutarlı səbəbdir".
"Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək səhlənkarlıq nəticəsində yaşanmış acı təcrübələrdən, belə halların doğurduğu bədbəxt hadisələrdən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir", - DYP rəsmisi vurğulayıb.
DYP səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.