Millət vəkili Məşhur Məmmədovun oğlu Məmməd Şahbazovdan sonra qızı da Amerikaya köçüb.
Deputatın qızı Mədinə Şahbazova Nyu-Yorkda yaşayır. Masallıda bağça müdiri iləyən M.Şahbazova artıq bir müddətdir ki ölkəni tərk edib.
Hətta bu barədə deputatın qızı öz "intagram" səhifəsində paylaşım edib. Bildirək ki, deputatın övladlarının Məşhur Məmmədovun atasının adını soyad olaraq qəbul ediblər.
Ötən ilin mayında mətbuatda gedən məlumatlara görə, 70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədovun ABŞ-da yaşayan oğlu Məmməd Şahbazov “Masalli Enterprise LLC” adlı şirkət təsis edib. “Masalli Enterprise LLC” aprel ayının 20-də Nyu-Cersi ştatının Gəlirlər İdarəsi tərəfindən qeydə alınıb.
Şirkətin hüquqi ünvanı Məşhur Məmmədovun ailə üzvlərinin Nyu-York şəhərində yaşadıqları “335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvanında yerləşir.
Həmçinin mediada gedən məlumatlara görə, millət vəkili Məşhur Məmmədovun övladları Mədinə Şahbazova və Məntiq Şahbazov Masallıda bağçalar inşa ediblər. Masallı şəhər 1 saylı Uşaq bağçasına Mədinə Şahbazova, 4 saylı Uşaq bağçasına isə Məntiq Şahbazov rəhbərlik edir.
Mətbuatda gedən məlumatlara görə, ölkənin tanınmış mebel şirkəti olan "Embawood" MMC-nin sahibi Məşhur Məmmədovdur. Deputat seçildikdən sonra həmin şirkətdən imtina etdiyini bildirsə də ailə üzvləri tərəfindən idarə edildiyi bildirilir.
Millət vəkilinin qızı ölkəni tərk edib Amerikaya köçdü

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.