Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir.
İtlər dağıntılar altında qalan insanların çıxarılmasına yardım göstərəcək.
16 təlim keçmiş itin olduğu təyyarə artıq paytaxt Mexikodan yola düşüb.
Zəlzələlərin tez-tez baş verdiyi Meksika təcrübəli mülki və hərbi axtarış-xilasetmə qruplarına sahibdir. İtlər isə 2017-ci ildə ölkədə baş verən zəlzələdə insanların həyatının xilas edilməsində oynadıqları rola görə böyük rəğbət qazanıb.
“Frida” adlı Labrador Retriever cinsindən olan it Mexikoda qoruyucu eynək və ayaqqabıları ilə çəkilən fotolarından sonra beynəlxalq aləmdə məşhurlaşıb. Donanma rəsmilərinin məlumatına görə, “Frida” Meksika, Haiti, Qvatemala və Ekvadorda 12 nəfərin həyatını xilas edib. Həmçinin mülki xilasetmə qrupu Los Topos de Tlatelolco (Tlatelolkolu köstəbəklər) da hərbi xilasedicilərlə birlikdə yola düşüb.
Qrupun təcrübəli könüllüləri Meksikanın xarici işlər naziri Marselo Harbarda mesaj göndərərək kömək edə biləcəklərini bildiriblər. Harbard daha sonra Türkiyənin Mexikodakı səfirliyinin köməyi ilə komandanın Türkiyəyə göndərilməsinin təşkil edildiyini deyib.
Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.