Türkiyədə dəhşətli zəlzələnin baş verdiyi bölgəyə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fevralın 16-da səhər daha bir humanitar yardım daşıyan təyyarə yola düşüb.
105 tonluq humanitar yardım aparan təyyarə ilə qardaş ölkəyə zəlzələdən zərər çəkmiş insanların soyuq qış aylarında ən çox ehtiyac duyduqları qızdırıcılar və çadırlar çatdırılacaq.
Qeyd edək ki, ötən gün də humanitar yardım təyyarəsi ilə bölgəyə çardırlar və qızdırıcılar yola salınmışdı.
Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 9-dan etibarən Heydər Əliyev Fondu Türkiyəyə humanitar yardım təyyarələri göndərir. Bu yardımlar çərçivəsində zəlzələdən zərər çəkmiş şəxslərə müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar çatdırılıb.
Mehriban Əliyevanın tapşırığı ilə daha bir humanitar yardım təyyarəsi Türkiyəyə yola düşdü - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.