Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraşda zəlzələdən zərərçəkənlər üçün salınmış çadır şəhərciyində könüllü kimi çalışan Azərbaycan gənclərinin bir qrupu ilə görüşüb.
Mövlud Çavuşoğlu öz sosial şəbəkə hesabında Azərbaycan könüllüləri ilə arasında baş tutan görüşü əks etdirən paylaşım da edib. Sözügedən paylaşımda Türkiyə XİN başçısı Azərbaycanda hər kəsin Türkiyəyə yardım etmək istəməsi haqqında məlumatlı olduğunu qeyd edib, buna görə də minnətdar olduğunu könüllülərin diqqətinə çatdırıb. Mövlud Çavuşoğlu ziyarətinin sonunda Azərbaycan könüllülərinin bir qrupu ilə xatirə şəkli çəkdirib.
Məlumat üçün bildirək ki, artıq 2 həftədən çoxdur fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatya bölgələrdəki çadır şəhərciklərində könüllü kimi çalışan azərbaycanlı gənclər minlərlə zərər çəkmiş şəxsə xidmət edir, eləcə də zəlzələ bölgələrindəki müxtəlif məntəqələrdə qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir, yerli əhaliyə səyyar şəkildə su və isti içkilər paylayır, müxtəlif ərazilərdə yerləşən onlarla məhəlləyə zəruri yardımları çatdırır və digər dəstək verici xidmətləri göstərirlər. Həmçinin könüllü gənclərimiz ucqar kəndlərə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak edirlər.
Eyni zamanda, Azərbaycan könüllüləri zəlzələdən zərər çəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə xüsusi çadırlar quraşdırır, habelə təbii fəlakət zamanı uşaqların keçirdiyi sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti göstərirlər. Bununla yanaşı, tibb təhsilli könüllülərimiz yerli əhaliyə ilkin tibbi yardım göstərdikdən sonra peşəkar həkimlərə yönəldir, eləcə də səyyar apteklərdə zərərçəkənlərə xidmət edirlər.
Mövlud Çavuşoğlu Azərbaycan könüllüləri ilə görüşdü - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.