Azərbaycanda 4 milyonluq dələduzluq işi… – İttiham olunanlardan biri politoloq, biri alimdir

Azərbaycanda 4 milyonluq dələduzluq işi… – İttiham olunanlardan biri politoloq, biri alimdir Politoloq Nahid Aslansoy və gənc alim Sənan Eminov barəsindəki cinayət işinin ibditdai istintaqı yekunlaşıb.
xia.aza Qaynarinfoya istinadən xəbər verir ki, iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı hakim Günel Səmədovanın sədrliyi ilə aparılacaq.
Adıçəkilən şəxslər Cinayət Məcəlləsinin 178.2.1-ci (Dələduzluq – Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirlir.
Bu maddədə 4 min manatdan 7 min manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Mediada gedən məlumatlara görə, təqsirləndirilən şəxslərdən biri – Sənan Eminov ölkədən qaçıb. Onun Mayamidə yaşadığı iddia edilir.
Sənan Eminov barəsində mediada gedən məlumatlarda bildirilir ki, o, Böyük Britaniyanın London İmperial Kollecində magistratura, 2011-2015-ci illərdə isə London İmperial Kollecində doktorantura pilləsində oxuyub. Doktorantura pilləsini uğurla başa vuraraq bərpaolunan enerji və ətraf mühit mühəndisliyi üzrə doktorluq dissertasiyasını müdafiə edib və alimlik (PhD) dərəcəsinə yüksəlib. İddialara görə, Sənan Eminov 4 milyon manat pul mənimsəyib.
Nihad Aslansoya gəlincə, o, mediada politoloq kimi təqdim edilir. Lakin onun cinayət işi barədə heç bir məlumata rast gəlinmir.
Bu işdə daha bir nəfər təqsirləndirilən şəxs var – Məmmədlizadə Mərdan Oruc oğlu. Onun haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb. Onların işə düzəltmək adı ilə aldadıldığı bildirilir.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.