Görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Kamil Axundov narkotik vasitələrin səbəb olduğu fəsadlardan danışıb. Narkomaniyanın qarşısının alınması üçün görülən tədbirlər diqqətə çatdırılıb. Həmçinin kibercinayətkarlıq halları ilə üzləşməmək üçün iştirakçılara geniş məlumatlar verilib. Eləcə də, Polis Akademiyasında təhsil almaq arzusunda olanlara qəbul qaydaları haqqında ətraflı bəhs olunub. Sonda maarifləndirici video çarx göstərilib və maraq doğuran suallar cavablandırılıb.
Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 4 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.