Yeni doğulan uşağın ölümü ilə bağlı açılan cinayət işi üzrə Lənkəran şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən "Medilandia Hospital"da aparılan araşdırma zamanı ciddi nöqsanlar müəyyən edilib.
Xia.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar tərəfindən aparılan yoxlamalar zamanı bəzi işçilərin əmək müqaviləsi qüvvəyə minmədən müxtəlif işlərə və xidmətlərə cəlb edilməsi faktı aşkar edilib.
Məlum olub ki, klinikada 15 oktyabr 2024-cü ildən 3 fevral 2025-ci ilədək tibb bacısı vəzifəsində çalışan A.S. ilə ümumiyyətlə əmək müqaviləsi bağlanmayıb.
Aşkarlanmış qanun pozuntuları ilə əlaqədar olaraq klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə "Medilandia Hospital" rəhbərliyi sözügedən inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 000 manat məbləğində cərimələnib.
"Medilandia Hospital" 20 min manat CƏRİMƏLƏNDİ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.