Ötən günlərdə Türkiyə baş vermiş 7,7 və 7,6 maqnitudalı iki dağıdıcı zəlzələdə ən son açıqlanan məlumatlarda 13 minə yaxın insanın vəfat etdiyi, 63 minə yaxın insanın isə yaralandığı bildirilir.
Ümumilikdə isə 6 mindən çox binanın dağıldığı qeyd olunur.
Zəlzələlərin Türkiyəyə iqtisadiyyatına vurduğu zərər və zərərin məbləği də geniş müzakirə olunan məsələlərdən biridir. Hələ ki Türkiyə rəsmi qurumları tərəfindən zərərin məbləği ilə bağlı hər hansı məlumat açıqlamayıb.
İqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bildirdi ki, ziyanın həcmi ilə bağlı hələ ki rəy bildirmək çətindir:
“Çünki ziyan görmüş binaların sayı məlum deyil, yalnız uçmuş binaların sayı bilinir. Zərərə gəlincə isə burada söhbət 10 milyardlarla dollardan gedəcək. Rəqəmin hansı səviyyəyə qədər yüksələcəyini isə demək çətindir”.
Ekspertin sözlərinə görə, Türkiyə iqtisadiyyatı iş adamlarının və cəmiyyətinin işləmə qabiliyyətini nəzərə alsaq, maliyyə mənbələrində sıxıntı olmazsa, yaxın 3-4 ildə bu fəsadları tamamilə aradan qaldırmaq gücündədir:
“Düşünürəm ki, burada maliyyə mənbələri ilə bağlı problemlər yaşanacaq. Bu zaman işlər xarici borc və beynəlxalq maliyyə institutlarının yardımı hesabına həyata keçirilə bilər. Çünkü yalnız Türkiyənin daxili resursları hesabına bu qədər işin öhdəsindən gəlmək çətin olar.
“Bəzi mənbələrdə Türkiyəyə dəymiş zərərin 100 milyard dollardan çox olduğu deyilir. Ziyanın səviyyəsinin hansı həddə qədər genişlənəcəyi isə yaxın 1 ayda məlum olacaq”, - deyə N. Cəfərli əlavə edib.
Zəlzələnin Türkiyəyə vurduğu zərər nə qədərdir?

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.