“Ən yaxşı öpüş” mükafatını qazanan romantik filmin cizgi versiyası çəkilir - FOTO

Vampirlər barədə məşhur filmin cizgi serialı çəkilir.
“Lionsgate” studiyası “John Wick” (“Con Uik”) və “Twilight” (“Alatoran”) franşizaları əsasında seriallar istehsal edəcək.
Komanda bu franşizaların və onlara əsaslanan müxtəlif layihələrin uğuruna əmindir.
Studiyanın rəhbəri Maykl Börns bildirib ki, “Alatoran” animasiya, “Con Uik” isə bədii serial olacaq.
“Twilight” əsasında cizgi serialı çəkəcəyik, düşünürəm ki, buna maraq çox olacaq. “John Wick” kainatını da genişləndirməyi planlaşdırırıq. Çox güman ki, bu televiziya layihəsi olacaq”, - deyə o izah edib.
Qeyd edək ki, “Alatoran” filmi 2009-cu ildə MTV Mükafatı müsabiqəsində “Ən yaxşı film”, “Ən yaxşı aktrisa” (Kristen Stüart), “İlin ən yaxşı sıçrayışı” (Robert Pattinson), “Ən yaxşı döyüş” (Robert Pattinson və Kam Qiqandet), “Ən yaxşı öpüş” (Robert Pattinson və Kristen Stewart) mükafatlarına layiq görülüb.//oxu.az
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.