Əziz dostlar və bəzi sayt rəhbərləri! Hansısa bir insandan şantaj xarakterli və hansısa bir dələduzun sözu ilə hansı fakta sökənib yazırsız və niyə?! Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə alırlar". Sumqayıtın "tender kralı" Hümbət Məmmədxanov gizlənir... - Zakir Fərəcovla bu adamı nə birləşdirir? başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma alınmayacaq! ZAKİR FƏRƏCOVUN Sumqayıta bu neçə ildə necə işlədiyindən yazmırsınız və Sumqayıtın günü-gündən gözələşdiyini qeyd etmirsiz! İnsan var ki, düşdüyü yeri xaraba qoyur, insan da var ki, düşdüyü yeri cənnətə çevirir. Məsələn, hörmətli Zakir Fərəcov kimi! Bəzi sayt rəhbərləri artıq gözünüzü açın.! Hansısa bir dələduz ailənin sözü ilə günü-gündən gözəlləşən Sumqayıtda görülən işləri ləkələməyin. Kişilərin keçdiyi karvan! Yel Qayadan nə apara bilər"? İşi ilə sevilib, seçilən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov cənabları Sizə, işinizdə uğurlar arzulayrıq. İt hürər Karvan keçər.
Ölkəmizin son illərdə iqtisadi inkişaf sahəsində qazandığı böyük nailiyyətlər heç şübhəsiz ki, ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin misilsiz idarəçilik istedadı, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Son illər Sumqayıtda gedən sürətli abadlıq və quruculuq işləri sumqayıtlıları həqiqətən sevindirir. Ulu Öndərimizin adını daşıyan möhtəşəm Heydər Əliyev Mərkəzi, Uşaq İncəsənət Məktəbi, Sizin möcüzə adlandırdığınız, qısa müddət ərzində inşa olunan Sumqayıt Bulvarı, bulvarımıza xüsusi gözəllik verən Bayraq Muzeyi, 750 yerlik “Kimyaçı” Mədəniyyət Sarayı, möhtəşəm Muğam Mərkəzi Sumqayıt sakinlərini çox sevindirir. Bu mədəniyyət ocaqları şəhərimizin mədəni həyatına çox böyük töhfələr verir.
xia.az-ın əməkdaslarının araşdırması nəticəsində şəhər sakinləri haqqında sorğu keçirdik. Bir ağızla dedilər: Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.
Bəzi sayt rəhbərləri Zakir Fərəcov haqqında şantaj xarakterli yazı yazanda yaxşı-yaxşı fikirləşin, gözünüz açıq olsun, gördüyünüzü yazın, eşitdiyinizi yox!

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.