Ağstafa RİH başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Həsənsu kənd yaşayış məntəqəsində keçirib
Həsənsu kənd tam orta məktəbin akt zalında keçirilən qəbulda başçının müavinləri və aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə təşkilatların məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ölkəmizin dinamik sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində icra olunan tədbirlərdən söz açan RİH başçısı vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsində əsas məqsəd əhalini maraqlandıran məsələləri daha dərindən öyrənmək və araşdırılan narahtlıqları operativ qaydada aradan qaldırmaqdan ibarətdir.
Səyyar qəbulda vətəndaşların irəli sürdükləri təklif və müraciətlər qəbul olunaraq nəzarətə götürülüb. Hər bir məsələ ilə bağlı müzakirələr aparılıb, həlli istiqamətində qanunamüvafiq qaydada zəruri tədbirlərin görülməsi qərara alınıb.
Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.
Seymur Orucovun hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Seymur Orucov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Son günlər bəzi internet saytlarında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Gənc icra başçısı yolu bağlayıb, ticarət mərkəzi tikdirir " başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.
Seymur Orucov “bütün bayramlarda və əlamətdar günlərdə Şəhid ailələrinə, qazilərə baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.