Tehranın "MONTAJ OYUNU": İran dünyanı belə aldadır - FOTO

İsrail Xarici İşlər Nazirliyi İran televiziyasını gecə hava hücumu cəhdi ilə bağlı saxta təbliğat yaratmaqda ittiham edib.
xia.az xəbər verir ki,bu barədə Publika.az MK-ya istinadla xəbər verir.
Bildirilib ki, İranın dövlət televiziyası olan IRINN-in böyük yanğının görüntülərini əks etdirən reportajına istinad edilir. Televiziya şirkətinin təqdim etdiyi kadrlarda böyük yanğının baş verdiyi əks olunur.
Lakin İsrail XİN bildirib ki, bunlar ötən gecə edilən hücumun görüntüləri deyil, bu ilin fevralında Çilidə baş verən meşə yanğınları zamanı lentə alınıb.
Xatırladaq ki, İrandan İsrailə hücum təxminən üç yüz PUA, qanadlı və ballistik raketlərdən istifadə etməklə həyata keçirilib.
İDF aprelin 14-də səhər saatlarında bildirib ki, hava hədəflərinin 99%-i məhv edilib. Onların əksəriyyəti ölkə ərazisinə yaxınlaşanda vurulub.
Tehran əməliyyat zamanı “bütün məqsədlərə nail olunduğunu” və hücumun başa çatdığını bildirib.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.