Laçınlı polkovnik Laçın günündə rəhmətə getdi.

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki qəfil vəfat edib.
xia.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, polkovnik Tofiq Orucov bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişib. Hazırda mərhumun nəşi yaşadığı Laçın şəhərindən Bakıya gətirilir.
Qeyd edək ki, polkovnik Tofiq Orucov Silahlı Qüvvələrin tanınmış zabitlərindəndir. O, uzun illər ön cəbhədə xidmət edərək Xidmət rəisi vəzifəsinə qədər yüksəlib. Daha sonra isə ehtiyata buraxılıb.
Onu da xatırladaq ki, Tofiq Orucovun atası Miryusif Orucov və qardaşı Rafiq Orucov l Qarabağ müharibəsinin şəhidləridir.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.