Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş yeddi nəfərin cənazəsi Xocalıda yeni salınan Şəhidlər xiyabanında dəfn mərasimi keçirilir.
xia.az bildirir ki,bu barədə “Report”un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir.
Dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş yeddi nəfərlə vida mərasimi keçirilib.
“Report”un məlumatına görə, mərasim Bərdə rayonundakı məcburi köçkünlər üçün salınmış şəhərcikdə baş tutub.
Vida mərasimində Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha sonra kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfər Xocalı şəhərində salınmış Şəhidlər xiyabanında dəfn ediləcək.
Dəfn olunacaq şəxslər aşağıdakılardır:
1. Ağaəli Naib oğlu Əliyev - 01.06.1933-cü il;
2. Sürəyya Behbud qızı Əliyeva – 01.06.1933-cü il;
3. Xəzər Səyavuş oğlu Səlimov – 01.09.1974-cü il;
4. Tamilla Ağamirzə qızı Səlimova – 01.06.1935;
5. Əli Müsül oğlu Cavadov - 15.06.1954-cü il;
6. İsmayıl Bəhman oğlu İsmayılov – 01.08.1955-ci il;
7. Şiraslan Qəmiş oğlu Nəcəfov - 1952-ci il təvəllüdlü.
Xocalıda qalıqları aşkarlanan yeddi nəfərin dəfn mərasimi keçirilir - YENİLƏNİB + FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.