Aysel Teymurzadənin direktor həyat yoldaşı SAXLANILIB?

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama həyata keçirib.
Yoxlama zamanı Filarmoniyanın bir neçə vəzifəli şəxsinin izahatının alındığı, habelə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin saxlanıldığı bildirilir. Onların arasında Filarmoniya direktorunun müavini Ayla Kərimovanın da adı hallanır.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Akademik Filarmoniyasının mətbuat xidmətinin əməkdaşı Cəmilə Abdinzadə açıqlamasında yayılan məlumatları təkzib edib:
“Yoxlamlar sadəcə bəzi səndələr üzərində aparılıb. Azərbaycan Dövlət Akademik Filarmoniyasının heç bir əməkdaşı saxlanılmayıb. Murad bəy də işinin başındadır. Dünən konsertimiz olub, həmin konsertdən fotolar belə var”.
Qeyd edək ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Xalq artisti Murad Adıgözəlzadədir. O, Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Aysel Teymurzadənin həyat yoldaşıdır. //News24.az
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.