Bakı sakinlərinə XƏBƏRDARLIQ - Bu gecə 00:00-dan başlayaraq..

Saat 00-dan etibarən Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Geomaqnit qasırğası orta həddə olacaq.
xia.az BAKU.WS-a istinadən xəbər verir ki, geomaqnit qasırğası səhər 06-dan etibarən bir qədər zəifləməyə başlayacaq. Ancaq günorta 15:00-dan etibarən isə yenidən güclənəcək. Bakıda müşahidə olunacaq geomaqnit qasırğanın oktyabrın 7-si 21:00-dək davam edəcəyi gözlənilir.
Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.
Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.
Bu linkə daxil olaraq geomaqnit qasırğanın insan orqanizminə mənfi təsirini azaltmaq üçün həkim məsləhəti ilə tanış ola bilərsiniz.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.