İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.
Bu barədə Dövlət Xidməti xəbər verir.
Məlumata görə, müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Belə ki, “Alfa 99 Corp” MMC, “Alov Mühafizə” MMC-nin 10 saylı filialı, "Ağ Naftalan" MMC, “Archimed” MMC, “Azbiodinamika” MMC, “Azərenerji Təchizat” MMC, "Braenso Line" MMC, “Buta Service Group” MMC, “CFR 22 Corp” MMC, “Echo Moon LT” MMC, “EF Print Reklam Mətbəə Poliqrafiya” MMC, “Gold Planet LT” MMC, “Kaspian Standart” MMC, “Qlobus AZXX Kompany” MMC, “Qlobal 18 Corp” MMC, “LM Holdinq-L” MMC, “Mahdi Nema” MMC, “Marz” MMC, “Montela ABC” MMC, “Orlondo 22 Corp” MMC, “Rəbunə” MMC, “Star - 08 LT” MMC, “Şəhriyar Təmir Tikinti” MMC, "T-Delta Group LT" MMC, “Texnomaks” MMC, “Vətən-N Mühafizə Xidməti MMC”-nin 8 saylı filialı, “Vesta Group” MMC, “Zırfe TIM Corp” MMC tərəfindən bəzi dövlət orqanları adından hazırlanmış sənədlərə müdaxilə edilməklə saxtalaşdırılması və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalan təşkilatlara təqdim edilməsinə dair ilkin dəlillər aşkarlanıb.
Tenderlərdə saxtakarlıq: Baş Prokurorluğa müraciət edildi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.