Dünən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlının “Trendyol” elektron satış şəbəkəsi ilə bağlı fikirləri sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Belə ki, onun təklifindən sonra “Trendyol”un qadağan olunacağı ilə bağlı fikirlər səsləndirilir.
İqtisadçı ekspert Xalid Kərimli sözügedən təklifi “Ölkə.Az”a şərh edib. O bildirib ki, nazirlik nümayəndəsi “Trendyol”un burada anbar açmasını təklif edib, bu isə ağlabatan deyil: “Azərbaycan hökuməti Türkiyənin hər hansı şirkətinə belə bir tələb qoya bilməz. Təbii ki, hüquqi şəxs burada anbar açıb malını gətirdikdə ona vergi güzəşti olmayacaq. Bu zaman mallara görə rüsum və vergilər verilməli olacaq. Həmçinin burada anbar üçün kirayə haqqı, işçilər üçün əməkhaqqı ödənməlidir. Bu isə “Trendyol”un biznes modeli deyil. Azərbaycan bazarı da “Trendyol” üçün Çin və Avropa bazarı kimi maraqlı deyil və onlayn satış platformasından alışlarda cüzi paya malikdir”.
Ekspert həmçinin vurğulayıb ki, qeyd olunan rəqabət problemi Azərbaycanda mövcuddur: “Belə ki, vətəndaşlar 300 dollarlıq limit ilə məhsulları karqo şirkətləri vasitəsilə xarici ölkələrdən sifariş etdikdə faktiki olaraq gömrük rüsumları və vergi ödəmirlər. Sahibkarlar isə məhsul idxalı zamanı vergi və rüsum ödəyirlər. Sahibkarın həmçinin kirayə, əməkhaqqı, kommunal xərcləri olduğu üçün onlayn sifarişlə yerli satışda ciddi qiymət fərqləri ortaya çıxır. Həmçinin mallar anbarlara yığıldığı üçün onun xarab olma, vaxtında satıla bilməmə kimi riskləri mövcuddur. Nəticədə, haqqız rəqabət elementləri ortaya çıxır. Bu da daha çox vergi və rüsumlarla bağlıdır. Kiçik sahibkarlar bundan narazı, vətəndaşlar isə məmnundur”.
“Hökumət bu vəziyyətin şişməməsi üçün 2021-ci ildən rüsumsuz idxal limitini 1000 dollardan 300 dollara endirdi. Bu limitin 200 və ya 150 dollara endirilməsi məsələsinə yenidən baxıla bilər. Lakin nazirlik nümayəndəsinin bu təklifi ağlabatan deyil. Sahibkarın Azərbaycanda öz biznesini açıb-açmaması isə öz fikridir”, -deyə X. Kərimli əlavə edib.
“Trendyol” qadağan olunur” xəbəri ilə bağlı açıqlama: Qiymət artacaq?

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.